Məzunların unudulmaz görüşü: iştirakçılar arasında Vəndam bələdiyyəsinin sədri də var
45 il sonra yenidən doğma AzTU-da: Məzunların unudulmaz görüşü (FOTO)
Sentyabrın 5-də Azərbaycan Texniki Universitetinin (AzTU)
1981-ci il məzunlarından ibarət bir qrup 45 ildən sonra doğma universitetlərini
ziyarət edib.
"Unikal" xəbər verir ki, məzunlar AzTU-nun rektoru
Vilayət Vəliyevlə görüşərək tələbəlik illərindən söz açıb, həmin dövrə aid xoş
xatirələrini bölüşüblər.
Görüş zamanı qeyd olunub ki, məzunlar 1981-ci ildə AzTU-nun
sənaye elektronikası ixtisasını bitiriblər. Bu il həm də onların AzTU-ya qəbul
olunmaqlarından 50 il ötür. Uzun illər sonra təhsil aldıqları universitetdə
olmaqdan böyük qürur və sevinc hissi keçirdiklərini bildirən məzunlar AzTU-nun
ötən illər ərzində keçdiyi inkişaf yolunu və hazırda əldə etdiyi uğurları böyük
fəxrlə izlədiklərini vurğulayıblar.
Bildirilib ki, AzTU yarandığı gündən etibarən mühəndislik
sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfələr verib.
Universitetin məzunları müxtəlif illərdə ölkənin sənaye, texnologiya və digər
strateji sahələrinin inkişafında fəal rol oynayıblar.
Məzunlar doğma universitetin bugünkü inkişafını yüksək qiymətləndirərək
AzTU ilə bağlı xoş təəssüratlarını bölüşüblər. Həmçinin qeyri-iş günü olmasına
baxmayaraq onlarla görüşə vaxt ayırdığı üçün rektor Vilayət Vəliyevə təşəkkürlərini
ifadə ediblər.
Görüşün sonunda məzunlar AzTU-nun müxtəlif məkanlarını ziyarət
edib, doğma universitetlərində xatirə fotoları çəkdiriblər.
Qeyd edək ki, yubiley mərasimində iştirak edənlər arasında Qəbələ rayonu, Vəndam bələdiyyəsinin sədri Asif Həşimov da var. Asif Həşimov 25 ildən artıqdır ki, Vəndam bələdiyyəsinin sədri olaraq bələdiyyə sisteminin formalaşmasına və inkişafına öz töhfəsini verməklə rəhbərlik etdiyi bələdiyyəni təcrübəsi yayıla biləcək bir səviyyəyə çatdırıb.
https://unikal.az/news/544115/45-il-sonra-yeniden-dogma-aztu-da-mezunlarin-unudulmaz-gorusu-foto
Rəylər
0 Rəy